sabirabadxeber.az / Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Sabirabadxəbər" xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini Gündüz Süleymanovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü Gündüz Süleymanov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər — 2006-cı il təvəllüdlü Aysel Səlimova, 1973-cü il təvəllüdlü Yalçın Əhmədov ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar

21.04.2026 » 09:05
Geri