sabirabadxeber.az / Nadir Quliyev istefa verdi – RFFİB-də yeni mərhələ başlayır

Nadir Quliyev istefa verdi – RFFİB-də yeni mərhələ başlayır

"Sabirabadxəbər" xəbər verir ki, 2006-cı ildən etibarən Mərkəz Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti vəzifəsində fəaliyyət göstərən Nadir Quliyev öz xahişi ilə vəzifəsindən istefa verib.

Uzun illər bu vəzifədə çalışan Nadir Quliyev rəhbərliyi dövründə Azərbaycan futbolunun regionlarda inkişafı, gənclərin idmana cəlb olunması və futbol infrastrukturunun genişləndirilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini bildirib. O qeyd edib ki, bu müddət ərzində əldə olunan nailiyyətlər onun üçün hər zaman qürur mənbəyi olacaq.

Keçmiş prezident ona göstərilən etimada, dəstəyə və əməkdaşlığa görə bütün tərəfdaşlara minnətdarlığını ifadə edib.

Bildirilib ki, fəaliyyət istiqamətini dəyişdirdiyi üçün Nadir Quliyev öz istəyi ilə vəzifəsindən ayrılmaq qərarına gəlib.

Sonda vurğulanıb ki, Mərkəz Regional Futbol Federasiyaları İctimai Birliyi bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək və Azərbaycan futbolunun inkişafına töhfə verməkdə davam edəcək.

20.04.2026 » 13:45
Geri