sabirabadxeber.az / Estetik əməliyyatlarla 7 il gizlənə bildi - Foto

Estetik əməliyyatlarla 7 il gizlənə bildi - Foto

Ankarada 16 il əvvəl öldürülən bir şəxsin qətlini sifariş verməkdə ittiham edilən Barış Mirzə ölkəyə daxil olduqdan sonra saxlanılıb.

“Sabirabadxəbər” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mirzənin əməliyyatla üzünü dəyişdirdiyi və saç əkdirdiyi müəyyən edilib. Şübhəli yeddi il sonra saxlanılıb. 

Belə ki, Ankara Şəhər Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları 2010-cu ildə Yenimahalle rayonunun Demetevler ərazisində 28 güllə ilə avtomobilində öldürülən 26 yaşlı Burak Şenin qatillərinə sifariş verən və yeddi ildir Gürcüstanda qaçaq həyatı yaşayan Barış Mirzənin ölkəyə qayıtdığı barədə məlumat əldə edib.

18.04.2026 » 20:00
Geri