sabirabadxeber.az / Xırdalanda qətl hadisəsi - Şübhəli saxlanıldı - YENİLƏNİB

Xırdalanda qətl hadisəsi - Şübhəli saxlanıldı - YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhərində 1989-cu il təvəllüdlü Ruhin Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.


"Sabirabadxəbər" Report-a istinadən xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev saxlanılaraq istintaqa təhvil verilib.


***


Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.

"Sabirabadxəbər" Report-a istinadən xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.


İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.


Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.

18.04.2026 » 17:30
Geri