sabirabadxeber.az / Rəşad Musayev Hacıqabul rayonunda səfərdə olub

Rəşad Musayev Hacıqabul rayonunda səfərdə olub

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Hacıqabul rayonunda səfərdə olub.

"Sabirabadxəbər" xəbər verir ki, Səfər çərçivəsində 432 şagird yerlik Hacıqabul şəhəri Fərhad Süleymanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının tikinti və quruculuq işinin gedişinə yerində baxış keçirərək, məktəbin infrastrukturu ilə tanış olub. Hacıqabul rayonu üzrə təhsil sektorunun müdiri və podratçı şirkətin nümayəndəsi ilə söhbət zamanı dövlətimizin regionlarda təhsil infrastrukturunun və maddi-texniki bazanın daha da gücləndirilməsi istiqamətində gördüyü bütün işlərin təhsilimizin inkişafına töhfə verdiyinin bariz nümunəsi olduğunu bildirib.


17.04.2026 » 14:39
Geri