sabirabadxeber.az / Kürdəmir dəmiryol stansiyası fəaliyyətə başlayır

Kürdəmir dəmiryol stansiyası fəaliyyətə başlayır

Aprelin 18-dən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

“Sabirabadxəbər” xəbər verir ki, məqsəd sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsidir.

Məlumat üçün bildirək ki, Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı-Ağstafa-Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Bilet satışı 17 aprel tarixindən başlayır

17.04.2026 » 09:26
Geri