sabirabadxeber.az / Agentlikdə yeni təyinat

Agentlikdə yeni təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni kadr təyinatı olub.

"Sabirabadxəbər" xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Cəfərli Gülnarə İntizam qızı İnsan resursları departamentinin müdir müavini təyin edilib. O bundan əvvəl adıçəkilən departamentin İşə qəbul və planlama şöbəsinin müdiri idi.

Eyni zamanda, Agentliyin İnzibati departamentinin Təsərrüfat şöbəsinin müdiri Kamal Məmmədov işdən azad olunub.

16.04.2026 » 11:39
Geri