sabirabadxeber.az / Türkiyədə daha bir məktəbə silahlı hücum - 4 ölü, 20 yaralı - Yenilənib-Video

Türkiyədə daha bir məktəbə silahlı hücum - 4 ölü, 20 yaralı - Yenilənib-Video

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə silahlı insident baş verib.

“Sabirabadxəbər” “NTV”yə istinadən xəbər verir ki, hadisə Onikişubat bölgəsində Ayser Çalık orta məktəbində qeydə alınıb.

İlkin məlumata görə, məktəbə silahlı hücum baş verib və insident zamanı 6 nəfər yaralanıb.

Kahramanmaraş valisi Mükerrem Ünlüer hadisə zamanı ölənin olduğunu açıqlayıb.

Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa vilayətində Ömer Ket adlı 19 yaşlı gənc avtomatla liseyə daxil olaraq ətrafdakı insanlara atəş açıb. Hadisə zamanı aralarında şagird və müəllimlərin də olduğu 16 nəfər xəsarət alıb. Ö.Ket daha sonra eyni silahla özünə atəş açaraq intihar edib

TRT Haber”in məlumatına görə, hadisə zamanı 4 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.


Yaralılardan dördünün vəziyyəti ağırdır. Ölənlərdən biri müəllim, digər üçü isə şagird olub. 

Hadisənin məktəbin 8-ci sinif şagirdi tərəfindən törədildiyi bildirilib.

Həmin şagird iki sinfə daxil olaraq ətrafa atəş açıb. O, bel çantasında məktəbə 5 silah gətirib.

Mükerrem Ünlüer şagirdin daha sonradan intihar etdiyini açıqlayıb.

15.04.2026 » 16:56
Geri