sabirabadxeber.az / "FotoBax" adlı milli fotomüsabiqəsi keçirilir

"FotoBax" adlı milli fotomüsabiqəsi keçirilir


IDEA İctimai Birliyinin və "Reza Visual Academy"in təşəbbüsü ilə "FotoBax" adlı milli fotomüsabiqəsi 📸 keçirilir. 


"Sabirabadxəbər " xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, beynəlxalq miqyasda tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə keçirilən müsabiqə "Children`s Eyes on Earth" ("Yer kürəsi uşaqların gözü ilə") beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində “Təbiəti sevirəm – Azərbaycan” mövzusuna həsr olunub.


✅Müsabiqənin əsas məqsədi uşaqlar və gənclər arasında ekoloji şüuru artırmaq, onların ölkəmizin təbiətinə olan marağını və sevgisini gücləndirmək, həmçinin fotoqrafiya vasitəsilə öz fikirlərini ifadə etmələrinə şərait yaratmaqdır.


⏰ Müsabiqədə iştirak etmək üçün çəkdiyiniz 20-yə qədər fotoşəkli 21 sentyabr tarixinədək www.fotobax.az saytı üzərindən təqdim edə bilərsiniz.


📌 Müsabiqədə 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.



15.04.2026 » 11:50
Geri