sabirabadxeber.az / Xəzərdə balıqçı batdı - Axtarışa helikopter cəlb olundu (VİDEO)

Xəzərdə balıqçı batdı - Axtarışa helikopter cəlb olundu (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

"Sabirabadxəbər" xənər verir ki, FHN-dən  verilən xəbərə görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

14.04.2026 » 16:32
Geri