sabirabadxeber.az / Türkiyədə silahlı şəxs məktəbə basqın etdi - Çox sayda yaralı var

Türkiyədə silahlı şəxs məktəbə basqın etdi - Çox sayda yaralı var

Şanlıurfa vilayətinin Siverek rayonunda litseydə baş vermiş silahlı insident nəticəsində yaralananların sayı 16 nəfərə çatıb.

"Sabirabadxəbər" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumu həyata keçirən şəxs sonradan intihar edib.

Şanlıurfa valisi Hasan Şıldak hücumçunun məktəbin keçmiş şagirdi olduğunu və 2007-ci il təvəllüdlü olduğunu təsdiqləyib.

İnsidentlə bağlı cinayət işi açılıb.

14.04.2026 » 13:30
Geri