sabirabadxeber.az / ANAMA əməkdaşı Füzulidə minaya düşüb öldü-Foto

ANAMA əməkdaşı Füzulidə minaya düşüb öldü-Foto

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə  ANAMA-dan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baș verib.

Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışında həlak olub.

14.04.2026 » 11:56
Geri