sabirabadxeber.az / İmişlidə tələbələr arasında "NHN" üzrə region turniri keçirilib

İmişlidə tələbələr arasında "NHN" üzrə region turniri keçirilib

🟢 İmişlidə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə tələbələr arasında region turniri keçirilib. 


"Sabirabadxəbər" bildirir ki, 📆Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektoru, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Uşaq-Gənclər İdman-Şahmat məktəbində “Nə? Harada? Nə zaman?” intellektual oyununun tələbələr arasında region turniri keçirilib. 


🔊Region birinciliyində 10 komanda olmaqla 54 nəfər iştirak edib. 


🏆Yarışın nəticəsinə əsasən:

 🥇I yerə - “Terminal” komandası

 🥈II yerə - “Erudit”komandası

 🥉III yerə - “Valhalla” komandası layiq görülüblər. 


🏆Yarışın yekununda ilk 3 yeri tutan komandalar MMRGİİ-nin diplomları ilə təltif olunublar.


13.04.2026 » 19:00
Geri