sabirabadxeber.az / TƏBİB-dəki bu vəzifə ona həvalə olundu

TƏBİB-dəki bu vəzifə ona həvalə olundu

"Sabirabadxəbər" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi jurnalist Elnur Hidayətoğluya həvalə olunub.

Qeyd edək ki, E.Hidayətoğlu 2023-cü ilin dekabrından indiyədək həmin departamentdə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bu təyinatadək sözügedən vəzifəni Zamirə Ədilova icra edib.

13.04.2026 » 16:05
Geri