sabirabadxeber.az / Sabirabadda 11 km-lik kəndlərarası avtomobil yolu təmir edilib

Sabirabadda 11 km-lik kəndlərarası avtomobil yolu təmir edilib



"Sabirabadxəbər" bildirir ki, Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Cavad-Yolçubəyli-Narlıq-Qarabucaq kəndlərarası avtomobil yolu cari təmir olunmuşdur


Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon sakinlərinin, xüsusilə Cavad və Yolçubəyli kənd İƏD-ni əhatə edən kəndlərin əhalisinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “34 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən uzunluğu 11 km olan Cavad-Yolçubəyli-Narlıq-Qarabucaq kəndlərarası avtomobil yolunda cari təmir işləri aparılmışdır. 

Bu yolun təmir edilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur.

13.04.2026 » 14:29
Geri