sabirabadxeber.az / Ağcabədidə ölkə kubokunun qalibləri ilə görüş keçirilib

Ağcabədidə ölkə kubokunun qalibləri ilə görüş keçirilib

Ağcabədidə ölkə kubokunun qalibləri ilə görüş keçirilib.

 

 "Sabirabadxəbər" xəbər verir ki,  08 aprel 2026-cı il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Rüfət Quliyev Alpaqut üzrə ölkə kubokunda yüksək nəticə əldə etmiş idmançılarla görüş keçirib. Görüşdə idmançılarımızı qazandığı yüksək nailiyyətlər münasibətilə təbrik edən sektor müdiri onlara gələcək yarışlarda uğurlar arzu edib.


  Qeyd edək ki, 04 aprel 2026-cı il tarixdə Qazax rayonunda Alpaqut Turan Döyüş sənəti üzrə Azərbaycan Kuboku keçirilib. Kubokda əldə edilmiş nəticələr aşağıdakı kimidir:


1. Quluzadə Ağaəli Elçin oğlu 30 kq - I yer

2. Sultanov Samir 30-35 kq - I yer (kadetlər)

3. İsmayılov Elcan Rəşad oğlu 30-35 kq - I yer

4. Hüseynli Teymur Hikmət oğlu 45-50 kq - I yer

5. Cəfərov Asif Mahir oğlu 25-30 kq - I yer


İdmançılarımızı təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.

11.04.2026 » 17:00
Geri