sabirabadxeber.az / Polis 44,3 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Polis 44,3 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 42,4 kiloqramdan çox marixuana, 930 qramdan artıq heroin, 1 kiloqramdan çox tiryək və metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

11.04.2026 » 12:44
Geri