sabirabadxeber.az / Paşinyanın kortejində qəza - 1 ölü, 12 yaralı

Paşinyanın kortejində qəza - 1 ölü, 12 yaralı

Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəzaya düşüb.

“Sabirabadxəbər” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə Kuçak-Aparan avtomobil yolunda baş verib.

"Honda” markalı avtobus “Nissan” minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 1 nəfər ölüb, daha 12 nəfər isə yaralanıb.

11.04.2026 » 11:35
Geri