sabirabadxeber.az / Göyçayda kanalda batan Zaminin meyiti tapıldı - Foto

Göyçayda kanalda batan Zaminin meyiti tapıldı - Foto

Mart ayının 3-də Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batan və bir aydan çoxdur ki, axtarışları davam edən şəxsin meyiti tapılıb.

“Sabirabadxəbər" xəbər verir ki,  1995-ci il təvəllüdlü Abdullayev Zamin Elşad oğlunun meyiti FHN-nin Aran Dalğıc Axtarış Qrupu tərəfindən az öncə tapılaraq sahilə çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma başlanılıb

11.04.2026 » 09:00
Geri