🟢İmişlidə “Aprel zirvəsi-Zəfər nəfəsi” adlı tədbir keçirilib.
"Sabirabadxəbər" məlumat verir ki, İmişli rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10 illiyinə həsr olunmuş “Aprel zirvəsi-Zəfər nəfəsi” adlı tədbir keçirilib.
🇦🇿İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
📜Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Aprel döyüşləri Azərbaycan tarixində şanlı bir səhifə olmaqla yanaşı, dövlətimizin gücünün və xalqımızın birliyinin təcəssümüdür. Məhz Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli mövqeyi və ordu quruculuğuna göstərdiyi xüsusi diqqət nəticəsində Azərbaycan Ordusu bu döyüşlərdə böyük uğur qazandı.
Çıxış edən İmişli RİH-nin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İltizam Quliyev qeyd edib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun peşəkarlığını, döyüş hazırlığını və ruh yüksəkliyini bütün dünyaya nümayiş etdirdi. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.
Digər çıxış edənlər – Səbinə Abdullayeva, Afaq Bəşirli və Samirə Kərimli bildiriblər ki, Aprel döyüşləri bizim nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Bu qəhrəmanlıq nümunəsi bizə göstərir ki, Vətən sevgisi ən ali dəyərdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar gənclərdə böyük ruh yüksəkliyi yaradır və bizi daha məsuliyyətli olmağa sövq edir. Biz bu şanlı tarixi yaşatmalı və gələcək nəsillərə ötürməliyik.