sabirabadxeber.az / Sabirabadda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri

Sabirabadda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri

Narkomaniya sağlam gələcəyin düşmənidir
Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 4 və 5 saylı tam orta məktəblərdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Görüşlərdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Ramin Qədirov “ağ ölüm” kimi tanınan və cəmiyyətin ən böyük bəlasına çevrilən narkotiklərin insan sağlamlığı üçün yaratdığı problemlərdən danışıb.
Görüşlərdə erkən nikah mövzusuna da toxunulub və hər bir gəncin təhsil almaq, inkişaf etmək və gələcəyini sərbəst şəkildə qurmaq hüququna malik olduğu iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, videoçarxlar nümayiş etdirilib.
10.04.2026 » 20:30
Geri