sabirabadxeber.az / Bu gün "Karvan-Yevlax" - "Kəpəz" matçı keçiriləcək

Bu gün "Karvan-Yevlax" - "Kəpəz" matçı keçiriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII tura start verilir.

"Sabirabadxəbər" xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

Günün yeganə matçında "Karvan-Yevlax" doğma meydanda "Kəpəz"i qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:30-da start götürəcək.

Qeyd edək ki, Yevlax təmsilçisi 26 turdan sonra cəmi 8 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. "Kəpəz" klubu isə 21 xalla 10-cu yerin sahibidir.

10.04.2026 » 10:46
Geri