sabirabadxeber.az / Hava limanında təyyarə qəzaya uğradı - 2 ölü

Hava limanında təyyarə qəzaya uğradı - 2 ölü

ABŞ-nin Arizona ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Sabirabadxəbər” “NBC”yə istinadən xəbər verir ki, hadisə Marana hava limanında baş verib.

Belə ki, təyyarə uçuş-enmə zolağından çıxıb və partlayıb.  Hadisə nəticəsində 2 nəfər ölüb.

Hava limanında başqa heç bir təyyarəyə ziyan dəymədiyi bildirilir. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmalara başlayıb.

09.04.2026 » 19:05
Geri