sabirabadxeber.az / Dövlət Xidmətinin sabiq əməkdaşı faciəvi şəkildə öldü

Dövlət Xidmətinin sabiq əməkdaşı faciəvi şəkildə öldü

Paytaxtın Xətai rayonu ərazisində 31 yaşlı Müzəffər Aydınlı binanın 15-ci mərtəbəsindən yıxılaraq ölüb.

"Sabirabadxəbər" xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov  açıqlamasında bildirib ki, Aydınlı Müzəffər 2 il əvvəl - 2024-cü ilin aprel ayından öz arzusu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ehtiyata buraxılıb.

"Dövlət Xidməti adından ailəsinə və yaxınlarına başsağlığı veririk”, - deyə şöbə rəisi bildirib.

09.04.2026 » 16:45
Geri