sabirabadxeber.az / Ağdaşda insan alverinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Ağdaşda insan alverinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Ağdaşda insan alverinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib


"Sabirabadxəbər" bildirir ki, Aprelin 9-da Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi və YAP Ağdaş rayon təşkilatının birgə təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində insan alverinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin, YAP Ağdaş rayon təşkilatının, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, dövlət qurumlarının nümayəndələri, mədəniyyət müəssisələrinin kollektivləri, həmçinin gənclər və məktəblilər iştirak ediblər.

İlk olaraq əhali arasında insan alveri ilə bağlı maarifləndirmə işlərinin aparılması, bu kimi hallardan qorunma yollarının izahı və ictimai məlumatlılığın artırılmasından bəhs edən videomaterial təqdim olunub.

Tədbirdə hüquq-mühafizə orqanlarının, gənclər təşkilatlarının və ümumtəhsil məktəblərinin nümayəndələri çıxış ediblər. Natiqlər insan alverinin yaratdığı təhlükələr, bu cinayət növünün qarşısının alınması yolları və vətəndaşların maarifləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirin bədii hissəsində Ağdaş rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının kollektivi tərəfindən insan alverinin ağır və acı nəticələrini əks etdirən “Sınan ümidlər” adlı səhnə əsəri nümayiş etdirilib. 

Tamaşa izləyicilər tərəfindən böyük maraq və diqqətlə qarşılanıb.

Bildirək ki, tədbir iştirakçılarının əsas hissəsini gənclər və məktəblilər təşkil edib. Bu kimi maarifləndirici tədbirlərin keçirilməsi gənclərin məlumatlılıq səviyyəsinin artırılması və onların bu cür təhlükələrdən qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.



09.04.2026 » 16:28
Geri