TIMSS–2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsinə başlanılıb
"Sabirabadxəbər" xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən seçilmiş iki ümumi təhsil müəssisəsində TIMSS–2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsinə başlanılmış, qiymətləndirmə prosesinə 4-cü sinif şagirdləri cəlb olunmuşdur.
Beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, eləcə də tədrisin keyfiyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, imtahan prosesi 8–17 aprel 2026-cı il tarixlərini əhatə edir.
İmtahanda iştirak edən bütün şagirdlərə uğurlar arzulayırıq.