sabirabadxeber.az / Bir quzu, min itki: Erkən kəsimin iqtisadi fəsadları.

Bir quzu, min itki: Erkən kəsimin iqtisadi fəsadları.


"Sabirabadxəbər" xəbər verir ki, Quzuların erkən yaşda kəsimi son illərdə geniş yayılmış bir tendensiyadır. 🐑 Lakin yanaşma elmi və iqtisadi baxımdan ciddi mənfi nəticələrə səbəb ola bilər.


🔬 Elmi araşdırmalar göstərir ki, quzuların həzm sistemi və maddələr mübadiləsi 5 aylığa qədər tam formalaşmır. Bu səbəbdən erkən yaşda əldə olunan ətin qida dəyəri və keyfiyyəti yüksək səviyyədə olmur.


📉 Erkən kəsim damazlıq potensialın azalmasına, genetik müxtəlifliyin zəifləməsinə və gələcək məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır.


Halbuki quzuların 6 aylıqdan sonra kəsimi:

• daha yüksək keyfiyyətli ət,

• daha çox məhsuldarlıq,

• qoyunçuluğun inkişafı deməkdir.

Xüsusilə dişi quzuların erkən kəsimdən qorunması sahənin gələcəyi üçün vacibdir.


✅ Gəlin, düzgün yanaşma ilə həm sağlam məhsul istehsal edək, həm də qoyunçuluğun davamlı inkişafını təmin edək.



09.04.2026 » 12:30
Geri