sabirabadxeber.az / Valideynləri axtarılır

Valideynləri axtarılır

YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətindən "Sabirabadxəbər.az"a bildirilib ki, uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər.

Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur.

30.01.2026 » 14:31
Geri