sabirabadxeber.az / ​Yevlaxda “İdman hamı üçün” layihəsi çərçivəsində “Səhər idmanı” keçirilib

​Yevlaxda “İdman hamı üçün” layihəsi çərçivəsində “Səhər idmanı” keçirilib


"Sabirabadxəbər" xəbər verir ki, 07.04.2026-cı il tarixində Yevlax Olimpiya İdman Kompleksində Yevlax rayonu üzrə gənclər və idman sektorunun, Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Yevlax Uşaq-Gənclər İdman Məktəbinin, Yevlax Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə iştirakı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində “Səhər idmanı” təşkil olunmuşdur.

✅Tədbirin keçirilməsində əsas məqsəd əhalinin sağlam həyat tərzinə təşviq edilməsi, fiziki aktivliyin artırılması, gənclərin idmana marağının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması olmuşdur.



07.04.2026 » 18:35
Geri