Sabirabad rayon İcra hakimiyyəti başçısının təşəbbüsü ilə Cavad–Narlıq yolunda müvəqqəti bərpa işlərinə başlanılıb.
"Sabirabadxəbər" ə Sabirabad RİH-dən verilən məlumata görə, yolun keçilməz hissələrində təmir və hamarlama işləri aparılır, nəqliyyatın rahat hərəkəti üçün şərait yaradılır.
Sakinlərin uzun müddətdir üzləşdiyi çətinliklər nəzərə alınaraq görülən işlər sürətlə davam etdirilir. Görülən tədbirlər nəticəsində yaxın zamanda yolun daha əlverişli vəziyyətə gətirilməsi gözlənilir.