🥊Neftçalalı kikboksçuların növbəti uğuru
"Sabirabadxəbər" xəbər verir ki, 04-05 aprel 2026-cı il tarixlərdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, Xüsusi Təyinatlı İdman klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kikboksinq idman növü üzrə çempionat və birincilik keçirilmişdir.
✅ Yarışda Neftçala kikboksçuları məşqçi-müəllim Məhərrəmov Sadiq Adil oğlunun rəhbərliyi altında uğurla çıxış edərək ən yüksək pilləyə layiq görülüblər.
🥇Ağalarzadə Fikrət Rüfət oğlu 27kq-da I yer, 2017-ci il
🥇Ağalarzadə Nurdan Rüfət qızı 35kq-da l yer, 2015-ci il
🥇Zərbəliyev Fərda Rafiq oğlu 51kq-da l yer, 2010-cu il
🥇İsmayılıov Tuncay Namus oğlu 75kq-da l yer, 2009-cu il
📌 Qeyd edək ki, həm qaliblərimiz, həm də məşqçimiz Neftçala rayonu Şorkənd kəndinin yetirmələridir.
İdmançılarımızı və məşqçimizi təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik.