sabirabadxeber.az / Şirvanda yeniyetmələr arasında boks birinciliyi keçirildi

Şirvanda yeniyetmələr arasında boks birinciliyi keçirildi

"Sabirabadxəbər" xəbər verir ki, 04 aprel  2026-cı il tarixdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şirvan Olimpiya İdman Kompleksində 2012-2013 cü təvəllüdlü yeniyetmələr arasında boks idman növü üzrə Şirvan şəhər birinciliyi keçirildi.
Birincilikdə idmançılar müxtəlif çəki dərəcələri üzrə qələbə uğrunda mübarizə apardılar. 
Qaliblər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olundular.
Yarışda həmçinin Azərbaycan Respublikasının "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" , "Tərəqqi" medallı, “Fəxri bədən tərbiyəsi və İdman işçisi” SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim,  Şirvan boks məktəbinin təməlçilərindən olan Gözəlov Vaqif Yusif oğlunun xatirəsi yad edilib. 
Yarışın açılış mərasimində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov Vaqif Gözəlovun ailə üzvləri, şəhərin idman ictimaiyyəyinin nümayəndələri və digər qonaqlar iştirak etdi.
Çıxış edənlər Vaqif Gözəlovun ömür yolunun gənc idmançılarımız üçün məktəb olduğunu və bu məktəbin yetirmələrinin respublikamızın idman şərəfinin qorunması yolunda uğurla addımladıqlarını diqqətə çatdırıblar. Onun yetirmələri respublika və dünya çempionatlarında yer tutub və mükafatlara layiq görülüblər. Zəhmət və mübarizə ilə keçən ömrünü faydalı işlərə sərf etdiyi üçün şəhərimizin idman tarixində onun adının əbədi yaşayacağını bildirilib. Digər çıxış edənlər də Vaqif Gözəlovla bağlı xatirələrini bölüşüblər.

06.04.2026 » 17:00
Geri