sabirabadxeber.az / İcra başçısı müavinini işdən çıxartdı - FOTO

İcra başçısı müavinini işdən çıxartdı - FOTO

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

"Sabirabadxəbər" xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ü.Əliyeva 2023-cü ilin sentyabrından başçının müavini vəzifəsində çalışırdı. O, əvvəllər müxtəlif illərdə bir neçə məktəbdə müəllim, direktor, daha sonra isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran və Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifələrində işləyib.

06.04.2026 » 15:20
Geri