"Sabirabadxəbər" bildirir ki, Aprelin 3-də Neftçala Tarix-Diyarşünaslıq Muzeyində “Tarixdən gələcəyə: Memarlıq irsimiz və yeni baxışlar” mövzusunda şagirdlərin iştirakı ilə master-klas təşkil olunub.
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan master-klas zamanı şagirdlər Azərbaycanın zəngin memarlıq irsi, tarixi abidələri və müasir şəhərsalma yanaşmaları ilə tanış olub və eyni zamanda öz yaradıcılıq bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər. Praktiki hissədə onlar müxtəlif rəsmlər çəkərək memarlıq elementlərini kağız üzərində canlandırıblar.