sabirabadxeber.az / Beyləqanda növbəti asfaltlanma işləri həyata keçirilib.

Beyləqanda növbəti asfaltlanma işləri həyata keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində növbəti asfaltlanma işləri icra olunub.



Belə ki, Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 60 mənzilli 5 mərtəbəli yaşayış binasının ətrafında, həmçinin Heydər Əliyev prospekti və Akif Əkbərov küçələrinin kəsişməsində asfalt örtüyünün yenilənməsi işləri aparılıb.



Görülən işlər nəticəsində ərazidə nəqliyyatın hərəkəti və sakinlərin rahat gediş-gəlişi üçün əlverişli şərait yaradılıb.



Rayon ərazisində abadlıq işləri mərhələli şəkildə davam etdirilir.

06.04.2026 » 13:50
Geri