Beyləqan rayonunun Eyvazallar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Sabirabadxəbər" xəbər verir ki, Zamiq Eminov idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkətdə olarkən Orxan Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobillə toqquşub.
Nəticədə “Daewoo”da olan sərnişin Niyazov Səid müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.