Sumqayıt şəhər Şəhidlər xiyabanında Aprel döyüşləri şəhidi, “Murov Qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun anım mərasimi keçirilib.
“Sabirabadxəbər” xəbər verir ki, anım mərasimində tanınmış şəxslər, şəhid polkovnikin yaxınları iştirak edib.
Tədbir iştirakçıları Raquf Orucovun məzarını ziyarət edib, onun ruhuna dualar oxuyublar.