sabirabadxeber.az / Həftə sonu küləkli keçəcək‼️

Həftə sonu küləkli keçəcək‼️

Milli Hidrometeorologiya Xidməti aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

"Sabirabadxəbər" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

04.04.2026 » 12:40
Geri