PİRLS beynəlxalq qiymətləndirmə ilə bağlı görüş keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki, Görüşdə Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Təhsil İnstitutunun Metodik Dəstək mərkəzinin şöbə müdiri Afərin Əkbərli, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən seçilmiş müvafiq ümumtəhsil müəssisələrində çalışan 4-cü sinif müəllimləri, müvafiq müəssisələrin BilBacar üzrə koordinatorları və həmin müəssisələrin rəhbərləri iştirak edib. Görüşün keçirilməsində məqsəd PIRLS (Progress in International Reading Literacy Study) beynəlxalq qiymətləndirməsinə hazırlıq olmuşdur.
Görüş zamanı PIRLS tədqiqatının məqsədi, şagirdlərin oxu nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində aparılan işlər, eləcə də hazırlıq mərhələsində həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilib. Müəllimlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.