"Sabirabadxəbər" bildirir ki, 03.04.2026-cı il tarixində Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Ə.Quliyev adına Mingəçevir Peşə Məktəbinin birgə təşkilatçılığı ilə “Qələbəmizin təməli” adlı görüş keçirilmişdir.
✅Görüşün keçirilməsində əsas məqsəd aprel döyüşlərinin 10-cu ildönümünün qeyd edilməsi, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi, döyüşlərdə iştirak etmiş şəhid və qazilərin gənclər arasında tanıdılmasıdır.