"Sabirabadxəbər" məlumat verir ki, Milli Qəhrəman Murad Mirzəyevin doğum günü münasibətilə 02.04.2026 cı il tarixində Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagird kollektivi onun evini və büstünü ziyarət etmişdir.
Ziyarət zamanı qəhrəmanımızın əziz xatirəsi ehtiramla yad olunmuş, Vətən uğrunda göstərdiyi şücaət bir daha vurğulanmışdır.
Şəhidin atası Murad Mirzəyevin ev muzeyində şagirdlərimizə onun həyat yolu, təhsili və keçdiyi şərəfli yol haqqında geniş məlumat vermişdir.
Eyni zamanda, məktəbimiz tərəfindən Murad Mirzəyevin kətan üzərində çəkilmiş portreti şəhidin atasına təqdim olunmuşdur.