sabirabadxeber.az / Şirvan-Salyan-RFO finalçıları ilə motivasiyaedici görüş keçirilib

Şirvan-Salyan-RFO finalçıları ilə motivasiyaedici görüş keçirilib


"Sabirabadxəbər" xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan, Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə, onlara dərs deyən müvafiq fənn müəllimləri ilə görüş keçirilib.


İlk öncə Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın timsalında bütün şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildikdən sonra, şagirdlərə Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov final mərhələsinin təşkili qaydaları, final mərhələsində uğur qazanan şagirdlərin əldə edəcəyə imtiyazlardan danışaraq, finalçılarımız məktəb psixoloqları və müəllimlər tərəfindən psixoloji cəhətdən də hazırlamağın vacibliyini bildirib. Əvvəlki tədris ilin ilə cari tədri lində RFO-nun nəticələrinin müqayisəli təhlili aparılaraq, idarə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş hədəfə çatmaq üçün sonadək səylə çalışmağın vacib olduğunu bildirib. Sonda müəllimlərin və şagirdlərin sualları cavablandırılaraq, müvafiq tövsiyələr verilib.


Qeyd edək ki, bu cür görüşlərin keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, onların final mərhələsində yüksək nəticələr əldə etməsinə dəstək olmaqdır.


Şagirdlərimizə final mərhələsində uğurlar arzulayırıq!

03.04.2026 » 18:34
Geri