sabirabadxeber.az / Kürdəmir Peşə Liseyi PHŞ-nin tədbiri

Kürdəmir Peşə Liseyi PHŞ-nin tədbiri

"Sabirabadxəbər" xəbər verir ki , Peşə təhsilinin təbliği və gənclərin düzgün karyera seçiminə dəstək məqsədilə liseyin mühəndis-pedaqoji heyəti tərəfindən C.Əsgərov adına Sığırlı kənd tam orta məktəbi və S.Şakir adına Xırdapay kənd orta məktəbində maarifləndirici görüş təşkil olunmuşdur.

Görüş zamanı şagirdlərə müasir dövrdə peşə təhsilinin əhəmiyyəti, Kürdəmir Peşə Liseyində tədris olunan ixtisaslar, təhsil imkanları və qəbul qaydaları barədə ətraflı məlumat verilmiş, təqdimat nümayiş etdirilərək maarifləndirici bukletlər paylanmışdır.

Tədbirin sonunda şagird və müəllimləri maraqlandıran suallar cavablandırılmış, onların gələcək peşə seçimi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

03.04.2026 » 17:45
Geri