sabirabadxeber.az / Zərdab Peşə Liseyində Aprel döyüşlərinin 10 illiyi qeyd olunub

Zərdab Peşə Liseyində Aprel döyüşlərinin 10 illiyi qeyd olunub

"Sabirabadxəbər"  xəbər verir ki, Zərdab Peşə Liseyi-ndə Aprel döyüşlərinin 10 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tələbə və müəllim heyətinin iştirakı ilə baş tutan tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə çıxış edən liseyin direktoru Babək Mikayılov Aprel döyüşlərinin Azərbaycan tarixindəki mühüm rolundan bəhs edərək, bu qələbənin xalqımızın gücünü və ordumuzun qüdrətini bir daha sübut etdiyini vurğulamışdır. O, həmçinin qəhrəman şəhidlərimizdən biri olan Nurlan Abdullazadənin şücaətli döyüş yolundan danışaraq, onun igidliyinin gənclər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu qeyd etmişdir.

Daha sonra liseyin hərbi rəhbəri Ağayev Mübariz çıxış edərək Aprel döyüşlərinin hərbi-strateji əhəmiyyətindən söz açmış, Azərbaycan əsgərinin döyüş ruhu, intizamı və peşəkarlığı sayəsində əldə olunan uğurları diqqətə çatdırmışdır.

03.04.2026 » 09:20
Geri