sabirabadxeber.az / 5 azyaşlı dəm qazından zəhərlənib

5 azyaşlı dəm qazından zəhərlənib

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

"Sabirabadxəbər" xəbər verir ki,  hadisə ötən gün gecə saatlarında baş verib.

Məlumata görə, 2015-ci il təvəllüdlü C.C. , qardaşları 2018-ci il təvəllüdlü M.C. , 2019-cu il təvəllüdlü H.C., bacıları 2024-cü il təvəllüdlü G.C və 2021-ci il təvəllüdlü A.C. yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

02.04.2026 » 12:37
Geri