sabirabadxeber.az / Zərdabda maarifləndirici görüş keçirildi

Zərdabda maarifləndirici görüş keçirildi

📌31.03.2026-cı il tarixində Zərdab rayon Heydər Əliyev Mərkəzində Zərdab rayonu üzrə gənclər və idman sektorunun, Zərdab Gənclər Evi SXM-in, Zərdab rayon Heydər Əliyev Mərkəzin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Həsən bəy Zərdabi Ev Muzeyinin birgə təşkilatçılığı ilə “Dahi şəxsiyyət Heydər Əliyev mart soyqırımızı Azərbaycan xalqının yaddaşına həkk etmək üçün mühüm addımlar atdı” adlı görüş keçirilmişdir. 

✅Görüşün keçirilməsində əsas məqsəd 31 Mart soyqırımı qurbanlarının xatirəsini yad etmək, gənclərə tarixi həqiqətlərin çatdırılması, milli yaddaşın qorunub saxlanılması, vətənpərvərlik ruhunun aşılanması və gələcək nəsillərin bu hadisələrdən düzgün nəticə çıxarmasına töhfə vermək olmuşdur. 



02.04.2026 » 11:29
Geri