sabirabadxeber.az / Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var

Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər" xəbər verir ki , qəza Heydər Əliyev prospektinin şəhər avtovağzalı yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan “Mercedes”in sürücüsü, 1981-ci il təvəllüdlü Elgiz Kazımov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

01.04.2026 » 22:15
Geri