sabirabadxeber.az / Polis 67 kiloqramdan artıq narkotik vasitə və 201 ədəd metadon həbi aşkarladı

Polis 67 kiloqramdan artıq narkotik vasitə və 201 ədəd metadon həbi aşkarladı

Azərbaycanda ötən gün polis narkotiklərin aşkar olunması və götürülməsi ilə bağlı əməliyyat tədbirləri görüb.

"Sabirabadxəbər" xəbər verir ki , bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 31-də ümumi çəkisi 67 kiloqramdan artıq narkotik vasitə və 201 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

01.04.2026 » 22:31
Geri