sabirabadxeber.az / Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Martın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 17 tüfəng, 3 patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

"Sabirabadxəbər"  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

01.04.2026 » 21:48
Geri