sabirabadxeber.az / Pediatr Mehriban Ağayeva təltif olundu

Pediatr Mehriban Ağayeva təltif olundu


Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Mehriban Ağayeva təltif olunub.


"Sabirabadxəbər" məlumat verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkim-pediatr Mehriban Ağayeva səhiyyə sahəsində səmərəli fəaliyyəti, uşaqların sağlamlığının qorunması istiqamətində göstərdiyi xidmətlər və peşəkarlığına görə xəstəxananın rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən təltif olunub.


Mehriban Ağayeva uzun illərdir pediatriya sahəsində çalışaraq azyaşlı pasiyentlərin sağlamlığının qorunması, onların vaxtında müayinə və müalicəsinin təşkili istiqamətində mühüm xidmətlər göstərir. Onun məsuliyyətli və fədakar fəaliyyəti həm kollektiv, həm də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.


Sabirabad Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və kollektivi Mehriban Ağayevanı bu münasibətlə təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayır. 👩‍⚕️🎉

01.04.2026 » 14:44
Geri